AZ

Böyük Britaniyanın baş naziri Ukraynaya ən böyük yardım paketini vəd edib

Böyük Britaniyanın baş naziri Rishi Sunak Ukraynaya 500 milyon funt sterlinq (617 milyon dollardan çox) dəyərində ən böyük hərbi yardım paketini vəd edib.

Editor.az bu barədə The Guardian-a istinadla yazır. Nəşrin məlumatına görə, Böyük Britaniyanın baş naziri Ukraynaya 400 maşın, 1,6 min silah və 4 milyon güllə olmaqla, texnika vəd edib. Məqalədə bildirilir ki, Böyük Britaniyanın bu maliyyə ilində Ukraynaya ümumi yardımı 3 milyard funt sterlinq təşkil edəcək. Rəsmilərin sözlərinə görə, vəsaitlər Xəzinədarlıq ehtiyatlarından götürüləcək və Ukraynaya döyüş sursatları, hava hücumundan müdafiə vasitələri, Böyük Britaniya istehsalı olan pilotsuz uçuş aparatları və mühəndislik dəstəyi üçün istifadə olunacaq.

//Gülnarə Abasova, Editor.az

Seçilən
69
2
Mənbələr
Şərh ()
Bağla