Bakupost.az xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-da yer alan məlumata görə, İsrail əsgərləri İordan çayının qərb sahilindəki Yerixo şəhərinə və yaxınlıqdakı bir neçə bölgəyə, o cümlədən Aqaba Cabir, Ayn əs-Sultan və Duyuk əl-Favkaya basqın ediblər.
Basqınlar zamanı Yerixoda 3 uşaq atası olan 44 yaşlı Şadi İsa Celaytanın İsrail qüvvələrinin açdığı atəş nəticəsində həyatını itirdiyi, 2 nəfərin yaralandığı, 1 nəfərin isə ağır vəziyyətdə sinəsindən yaralandığı bildirilib.
İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə 7 oktyabr 2023-cü ildən bu yana İsrail əsgərləri və qeyri-qanuni yəhudi məskunlaşanların hücumları nəticəsində 486 fələstinli həyatını itirib.
İsrail ordusunun Qəzza zolağına hücuma başladığı 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı həbslər, basqınlar və hücumlar artıb.
Elnur
BakuPost