Bakı. Trend:
İran Azərbaycan və Ermənistan arasında delimitasiyakomissiyasının iclasında əldə olunan razılaşmaları təqdir edir.
Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyininmətbuat katibi Nasir Kənani deyib.
Onun sözlərinə görə, iki ölkənin bir-birinin suverenliyi vəərazi bütövlüyünə qarşılıqlı şəkildə hörmətlə yanaşmaq çərçivəsindədinc metodlarla sərhəd məsələlərinin həll olunması üçün səylərindavam etdirilməsi Cənubi Qafqazda davamlı sülh və sabitliyinbərqərar olunması istiqamətində zəruridir.
Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinindelimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrəKomissiyanın səkkizinci görüşü keçirilib.
Görüşdə razılığa gəlinib ki, delimitasiya prosesinin ilkinmərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovetİttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqicəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraqBağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara(AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı(AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsinirazılaşdırıblar.