AZ

İNANILMAZ- ZOMBİ VİRUSU yayan canlı məlum olub

ABŞ-da ovçularda Creutzfeldt-Jakob xəstəliyinin iki hadisəsi barədə məlumat yayılıb.

Herbiand.az xarici media orqanlarına istinadən xəbər verir ki, ovçuların xroniki arıqlama xəstəliyindən və ya “zombi virusu”ndan əziyyət çəkən maral ətini yedikdən sonra yoluxduğu ehtimal olunur.

Məlumata görə, Texas ştatının San Antonio şəhərindəki Teresa Lozano Tibb Məktəbinin məqaləsində nadir və sürətlə irəliləyən neyrodegenerativ prion xəstəliyi ehtimal edilən Creutzfeldt-Jakob xəstəliyi (CJD) olan iki amerikalı ovçu təsvir edilir. Bunlar yoluxucu zülallarla (prionlar) əlaqəli sağalmaz və ölümcül beyin lezyonlarıdır.

2022-ci ildə 72 yaşlı kişi qarışıqlıq – psixi proseslərin pozulması nəticəsində yaranan patoloji vəziyyət – və aqressiya şikayətləri ilə həkimlərə müraciət edib. Məlum olub ki, o, əvvəllər xroniki arıqlama xəstəliyindən əziyyət çəkən ov zamanı tutulan maralın ətini yeyib. Üstəlik, eyni populyasiyadan olan heyvanların ətini də yeyən bu xəstənin dostu əvvəllər Creutzfeldt-Jakob xəstəliyindən ölmüşdü.

Herbiand.az

Зоопарк

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla