Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatına yekun vurulacaq.
İdman.biz xəbər verir ki, çempionata Yüksək Liqanın final matçı ilə yekun vurulacaq.
Həlledici qarşılaşmada “Azərreyl” və “Abşeron” üz-üzə gələcək. Son iki mövsümün çempionları Bakı İdman Sarayında qarşılaşacaqlar.
Qeyd edək ki, final görüşündən sonra mövsümün qaliblərinin mükafatlandırma və bağlanış mərasimi keçiriləcək.
Yüksək Liqa, qadınlar
Final
23 aprel
16:00. “Azərreyl” - “Abşeron”
Bakı İdman Sarayı
İdman.biz