AZ

"Biz “qırmızı xətt”imizi dəqiq bilirik": Xaçaturyan Paşinyana nə vəd edib?

Ermənistan prezidenti Vaaqn Xaçaturyan hökumətin Azərbaycanla sərhədlərin delimitasiyası üzrə addımlarını dəstəklədiyini bildirib.

Publika.az xəbər verir ki, o, bunu 65 illik yubileyi münasibətilə baş nazir Nikol Paşinyanla görüşündə deyib.

Xaçaturyan vurğulayıb ki, hakimiyyət “qırmızı xətlərin” harada olduğunu aydın bilir.

Prezident Paşinyanın sərhədlərin delimitasiyası vasitəsilə qonşuları ilə dinc yanaşı yaşaması səylərini yüksək qiymətləndirib. Xaçaturyan əmindir ki, bu cür iş azad, müstəqil və suveren Ermənistanda yaşamaq üçün can atanlar arasında öz rəğbətini qazanacaq.

"Biz 1988-ci ildə məhz buna can atırdıq. Düzdür, o zaman biz azad, müstəqil Ermənistana gedən yolun bu qədər uzun olacağını bilmirdik, amma bu gün imkanımız var", - prezident deyib.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla