AZ

50 minə yaxın qanunsuz mühacir saxlanıldı

İran ordusu cənub-şərq sərhəd bölgələrində 50 minə yaxın qeyri-qanuni əcnəbi immiqrantı saxlayıb.
“Qafqazinfo” “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İran ordusunun cənub-şərq regional bazasının komandiri Əmir Qulamalian məlumat verib.

O, bildirib ki, onun qüvvələri sərhəd polisinə milli sərhədlər boyunca qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə kömək edir, lakin onlar bunu etməyə borclu deyillər.
Onun sözlərinə görə, ordunun bölgədə həyata keçirdiyi pusqu əməliyyatları zamanı 49 min 800 qeyri-qanuni əcnəbi sərhəd polisinə təhvil verib.
Komandir qeyd edib ki, həbs edilən mühacirlər ölkənin Xarici İşlər Nazirliyi ilə razılaşdırıldıqdan sonra öz ölkələrinə deportasiya edilir.

Seçilən
126
23
paralel.az

10Mənbələr