Gürcüstanın Dmanisi və Kvemo Kartli bölgəsində Barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Tea Axvledianinin iştirakı ilə məlumatlandırma kampaniyası keçirilir.
Nazir bildirilib ki, aprelin 16-dan mayın 22-dək davam edəcək çoxkomponentli kampaniyanın məqsədi Gürcüstan vətəndaşı olan etnik azlıqları cari dövlət proqramları və xidmətlər, eləcə də digər aktual məsələlər barədə məlumatlandırmaqdan ibarətdir.
Dmanisi rayonunda fəaliyyət göstərən “Vətəndaş Cəmiyyətinin Təhsili və İnkişafı üçün Vətəndaş Birliyi”nin rəhbəri Kamran Xıdırov və birliyin gürcü dili müəllimi Maya Xmaladze Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihələr çərçivəsində gürcü dilinin tədrisinə xüsusi yer verildiyini bildiriblər. Son üç il ərzində ali məktəblərə qəbul olan azərbaycanlıların sayının artdığı, həmçinin bu layihələrin yerli etnik azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiyasında mühüm rol oynadığı nazirin nəzərinə çatdırılıb. Nazir bildirib ki, bu ildən azərbaycanlılar üçün ali təhsil müəssisələrində dövlət hesabına ödənişsiz yerlərin sayı 100-dən 200-ə çatdırılıb.
Qeyd edək ki, bu il ilk dəfə olaraq Kvemo Kartli bölgəsindən başlanan məlumatlandırma kampaniyası çərçivəsində müvafiq nazirliklərin yüksək ixtisaslı nümayəndələrinin rayonun 70-ə yaxın kəndində sakinlərlə görüş keçirəcəyi planlaşdırılır. Kampaniya çərçivəsində vətəndaşlar təhsil, dövlət dilinin öyrədilməsi, səhiyyə, kənd təsərrüfatı, sosial yardım və qrantlar, dövlət proqramları və xidmətləri, ödənişsiz hüquqi yardım və dövlət tərəfindən təyin olunmuş dəstək tədbirləri haqqında məlumat almaq imkanı əldə edəcəklər.
XQ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta