AZ

"Bəzi qərarlar oyunun tempini aşağı salırdı" - Qurban Qurbanov

Misli Premyer Liqasının 31-ci turunda "Qarabağ" "Qəbələ" ilə 2:2 hesablı heç-heçə edib.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyunu şərh edib:

"Sönük oyun getdi. İstərdim ki, daha aktiv, dinamik futbol olsun. Hava şəraiti, bəzi qərarlar oyunun tempini aşağı salırdı. Bir neçə mövqe səhvlərinə yol verdik. "Qəbələ"yə uğurlar arzulayıram".

Seçilən
100
Mənbələr
Şərh ()
Bağla