AZ

Qurban Qurbanovdan “Beşiktaş” açıqlaması: “Bu barədə danışmasaq, daha yaxşı olar”

“Detallar var ki, onlara daha çox vaxt ayırınıq. Çalışırıq ki, rotasiyalar edək, hər futbolçunun oyun təcrübəsi olsun”.

İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının XXXI turunda “Qəbələ” ilə 2:2 başa çatan oyunu şərh edib: “Sönük oyun getdi. İstərdim ki, daha aktiv, dinamik futbol olsun. Hava şəraiti, bəzi qərarlar oyunun tempini aşağı salırdı. Düşünürəm ki, bizim üçün faydalı matç oldu. Bir neçə mövqe səhvlərinə yol verdik. "Qəbələ"yə uğurlar arzulayıram”.

Qurban Qurbanov “Beşiktaş”ın baş məşqçisi vəzifəsinə namizəd olması ilə bağlı suala cavab verib: “Bu barədə çox fikir bildirmək istəmirəm. İki aydır söz-söhbətlər çoxdur. Bunu xoşlamıram. Bu barədə danışmasaq, daha yaxşı olar. Çünki, bildirilən hər fikir əlavə suallar doğurur. Sakitlikdir”.

Qeyd edək ki, ötən turda uduzan “Qarabağ” ardıcıl 2-ci oyunda xal itirib.

İdman.biz

Seçilən
78
Mənbələr
Şərh ()
Bağla