AZ

Bakıda hoteldə baş verən yanğın söndürülüb - YENİLƏNİB + FOTO/VİDEO

Bakının mərkəzindəki hoteldə baş verən yanğın söndürülüb.

seher.media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş operativ tədbirlər nəticəsində Bakı şəhəri, Səbail rayonunda yerləşən oteldə baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

18:48

Bakıda məşhur hotellərdən birində yanğın hadisəsi baş verib.

seher.media-ın əldə etdiyi məlumata görə, yanğın paytaxtın Namiq Quliyev küçəsi, 24 ünvanında qeydə alınıb.

Belə ki, ərazidə yerləşən hotelin damında tüstü ilə müşayiət olunan yanğın baş verib.

FHN əməkdaşları yanğın yerinə cəlb olunublar. Yanğının ətraf əraziyə yayılmaması üçün tədbirlər görülür.

Seçilən
74
3
Mənbələr
Şərh ()
Bağla