AZ

Lalə Azərtaşdan qalmaqal yaşadığı Cavanşir Məmmədovla bağlı PAYLAŞIM

Aparıcı Lalə Azərtaş bir müddət əvvəl qalmaqal yaşadığı mərhum Əməkdar artist Cavanşir Məmmədovla bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, televiziya ulduzu sosial şəbəkə hesabında sənətkarın ölüm xəbərinə “Allah rəhmət etsin” qısa şərhini yazıb.

Xatırladaq ki, C. Məmmədovla L. Azərtaş arasında yaşanan mübahisəyə səbəb aparıcının C. Məmmədovun hazırda həbsdə olan keçmiş kürəkəni Kemal Mustafa İbili efirə rüşvət qarşılığında çıxarması olub. Bu açıqlamadan sonra Lalə Cavanşirin ünvanına kəskin ittihamlar səsləndirib.
Qeyd edək ki, 70 yaşlı C. Məmmədov bu gün saat 12:05 radələrində evində qəfil ürəktutmasından vəfat edib.

Rəşad Əliyev, Bizim.Media
 

Seçilən
55
2
Mənbələr
Şərh ()
Bağla