AZ

Tomsk şəhərinin Kirov məhkəməsi Latviyalı reperi Rusiyadan qovub

...Tomskda polis Platina təxəllüsü ilə çıxış edən latviyalı hip-hop ifaçısı Robert Plaudisi konsert zamanı saxlayıb.

SİA xəbər verir ki, bubarədə Rusiya Daxili İşlər Nazirliyinin Tomsk vilayəti üzrə Telegram-kanalında yer alan mesajlardan məlum olub.

Daxili İşlər Nazirliyi də müvafiq video yayımlayıb.

Polis qeyd edib ki, saxlanılan şəxsə qarşı üç maddə ilə inzibati protokollar tərtib edilib.

-Rusiya Federasiyasında xarici vətəndaş tərəfindən qeyri-qanuni məşğulluq,

-xarici vətəndaş tərəfindən Rusiya Federasiyasında qalma rejiminin pozulması.

-sərxoşluq üçün tibbi müayinədən keçməkdən imtina...

Daxili İşlər Nazirliyi musiqiçinin Rusiya Federasiyasına iş üçün deyil, turist kimi daxil olduğunu bildirib.

...Reper Platina “Face” klubunda çıxışı zamanı “Təhlükəsiz İnternet Liqası”nın rəhbəri Yekaterina Mizulinanın hüquq-mühafizə orqanlarını mahnıların mətnini yoxlamağa çağıran müraciətindən sonra saxlanılıb.

Tomsk şəhərinin Kirov məhkəməsi Plaudisin Rusiyadan qovulması barədə qərar çıxarıb.

Nazlı

Seçilən
70
Mənbələr
Şərh ()
Bağla