AZ

Kaxabzer Sxadadze: “Qarabağ”la oynayanda gərginliyin olması başadüşüləndir"

style='margin-bottom:10px;'>

“Müsbət məqamla başlayım ki, oyunu uduzmadıq. Matçın daha bir müsbət tərəfi isə hesabda geri olduğumuz görüşdə məğlub olmadıq. Amma təəssüf ki, çox sayda sadə səhvlər oldu". 

QOL.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze Misli Premyer Liqasının 31-ci turunda "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

“Qarabağ”la oynayanda gərginliyin olması başadüşüləndir. Çünki belə bir səviyyəli kluba qarşı oynayırdıq. Buna görə çox adi top itkilərini yol verirdik. Əgər bir az da diqqətli oynaya bilsəydik, oyunumuz da daha yaxşı olardı. Futbolçulara görülən işə görə təşəkkür edirəm. İndi qarşıda ilin ən vacib oyunu olacaq. Hər şeyi kənara qoyub ayın 24-də keçiriləcək həmin matça hazırlaşmalıyıq” - deyə o bildirib.

Seçilən
75
2
Mənbələr
Şərh ()
Bağla