AZ

Paris Hilton ilk dəfə qızını göstərdi - FOTOlar

Dünya ulduzu Paris Hilton həyatı ilə bağlı daha bir sirri izləyiciləri ilə bölüşüb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, bu dəfə 5 aylıq qızının üzünü ilk dəfə göstərib. Fotoları yayımlayan Hilton "Sizə London Merilin Hilton-Romanı təqdim edirəm" sözlərini yazıb.

O bildirib ki, hər zaman qız övladı arzulayıb:

"Həmişə London adlı bir qızı arzulayırdım. Mən ona sahib olduğum üçün çox minnətdaram. Onunla keçirdiyim hər anı dəyərləndirirəm".

Qeyd edək ki, Parisin bir oğul övladı da var. Onun uşaqları surroqat ana vasitəsiylə dünyaya gəlib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Seçilən
94
1
Mənbələr
Şərh ()
Bağla