AZ

Nurlana Məmmədzadə: “Bakıda ulduzlar çıxış edirlər”

“Bakıdakı Dünya kubokunda maraqlı mübarizəyə şahidlik edirik. Qrup hərəkətləri üzrə komandalarının çıxışı gərgin keçir. Ümid edrəm, bizim yığma yaxşı çıxışla yadda qalacaq”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Gimnastika Federeasiyasının baş katibi Nurlana Məmmədzadə deyib.

Baş katib mövsümün bu hissəsinin Olimpiadaya hazırlıq baxımından mühüm əhəmiyyət daşıdığını bildirib: “Bütün aparıcı idmançılar turnirlərdə iştirak etməklə yaxşı idman formasına düşmək istəyirlər. Zöhrə Ağamirova kimi çoxları Yay Olimpiya Oyunlarına vəsiqə qazana biliblər. Mayın sonunda Budapeştdə keçiriləcək Avropa çempionatı lisenziya qazanmaq üçün son şans olacaq. Yarışa hazır yollanmaq üçün Dünya kuboku əhəmiyyətli yarışdır”.

Nurlana Məmmədzadə Bakıda Darya Varfolomeyeva və Sodiya Raffaeli kimi dünya çempionlarının çıxış etdiyini deyib: “Bakıda bir çox ulduzlar iştirak edirlər. Darya Varfolomeyeva və Sodiya Raffaeli kimi dünya çempionlarının adını çəkə bilərəm. Zöhrə Ağamirova Avropa çempionatının bürünc mükafatçısıdır, o, qrup hərəkətlərində qitə çempionu olub. Ona görə də, gimnastlardan gözləntilərimiz yüksəkdir”.

Baş katib Bakıda keçirilən beynəlxalq turnirlər saysində federasiyanın böyük təcrübə topladığını bildirib. Məmmədzadə ölkə rəhbərliyi idmana qayğısı və Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın əməyi sayəsində yüksək şəraitə malik olduqlarını qeyd edib.

İdman.biz

İdman.biz

Seçilən
96
Mənbələr
Şərh ()
Bağla