AZ

Ölümündən əvvəl Cavanşir Məmmədovun vəsiyyəti nə olub? - VİDEO 

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün evində qəfil ürəktutmasından vəfat edib.

Bizim.Media xəbər verir ki, sənətkar son günlərdə qonaq olduğu verilişlərdə ölümlə bağlı verdiyi açıqlamaları gündəmi zəbt etmişdi.

Belə ki, müğənni çıxışlarının birində "vəsiyyət etmişəm, məni kostyumda dəfn etsinlər" sözlərini dilə gətirmişdi.

Daha sonra isə C.Məmmədov ekspert qismində iştirak etdiyi "Gəl danış" verilişində "yasıma molla gəldi-gəlmədi, mənə aidiyyəti yoxdur. Mənə bir molla alim lazımdır. Onun behini də vermişəm. Beş il əvvəl dostumun yas yerində çox savadlı bir molla ilə rastlaşdım, ona görə 20 dəqiqə toya gecikdim, ona yaxınlaşdım, bir şey ötürmək istədim. Götürmədi, dedi, “vermiş kimi varsan”. Dedim, mən rəhmətə gedəndə yəqin ki, eşidəcəksən. Eşidəndə gələrsən. Dedi, “narahat olmayın, sizə böyük hörmətim var”. Məmmədbağırın yasında da bir iranlı molla var idi. O da dedi ki, “baba, sən niyə belə deyirsən, Allah sənə uzun ömür versin”. Dedim ki, sən gəlmə! İstəyirəm, yasımı savadlı adam idarə eləsin" açıqlamasını verib.

Mərhum bir neçə gün əvvəl isə "Həmin Zaur" verilişində "qismət olarsa, xanımı özüm dəfn etməliyəm. Həm də ki, Allahın işinə qarışmaq olmaz. Kimə nə yazıbsa, odur" fikirlərini bildirmişdi.

Qeyd edək ki, C.Məmmədov Yasamal qəbiristanlığında valideynlərinin yanında torpağa tapşırılıb.
 

Rəşad Əliyev, Bizim.Media
 
Seçilən
54
Mənbələr
Şərh ()
Bağla