AZ

De Rossinin məsələsi müəyyənləşdi

“Roma”da Daniele De Rossi ilə bağlı məsələyə aydınlıq gəlib. O, komandanı növbəti mövsümdə də çalışdıracaq.

“Roma” rəhbərliyi baş məşqçi ilə bağlı qərarını Avropa Liqasının 1/4 finalının “Milan” ilə cavab oyunu ərəfəsində verib. Klubun rəsmi saytının yaydığı xəbərdə italiyalı mütəxəssisin 2024/25 mövsümündə də komandanın başında olacağı bildirilib. Məlumatda 40 yaşlı De Rossi ilə uzunmüddətli müqavilə bağlanıldığı qeyd edilsə də, əməkdaşlığın konkret müddəti göstərilməyib:
“Daniele komandaya hörmət və sədaqətlə başçılıq edir. Onun kluba dərin inamı isə “Roma”nın, şəhərin və azarkeşlərin dəyərlərinə uyğun gəlir. Biz birgə fəaliyyəti bacardığımız qədər səylə davam etdirəcəyik. Bunu “Roma”nın azarkeşlərinin layiq olduqları gələcəyi təmin etmək üçün edəcəyik. De Rossi ilə uzunmüddətli layihə qurduğumuz üçün şadıq”.

Gənc mütəxəssis “Roma”nı bu ilin yanvarından çalışdırır. Onda istefaya göndərilən Joze Mourinyonun yerini tutan mütəxəssisin imzaladığı müqavilənin müddəti mövsümün sonuna qədər nəzərdə tutulmuşdu. son üç ayda əhəmiyyətli irəliləyişə nail olub. Komanda bu müddətdə De Rossinin başçılığı altında müxtəlif turnirlərdə meydana çıxdığı 18 matçın 13-də qələbə qazanıb, 3 dəfə heç-heçə edib və yalnız 2 oyunda məğlub olub.
Seçilən
62
Mənbələr
Şərh ()
Bağla