AZ

ARDNF “SimCorp” Suveren Sərvət Fondu Forumunda iştirak edib - FOTO

ARDNF-nin nümayəndə heyəti 17 aprel tarixində London şəhərində "SimCorp" Qlobal Zirvəsi çərçivəsində baş tutan "SimCorp" Suveren Sərvət Fondu Forumunda iştirak edib. Bu il ilk dəfə keçirilən Forum məlumatların idarə olunması sahəsində texnoloji yeniliklərin və innovativ həllərin müzakirəsi və təcrübə mübadiləsi məqsədilə suveren sərvət fondlarının mütəxəssislərini bir araya toplayan unikal platformadır.
 
Tədbirdə iştirak edən ARDNF-nin Risklərin idarəolunması departamentinin direktoru Vadim Pşeniçnıy "Suveren fondun idarəoluması: ARDNF modeli" mövzusunda təqdimatla çıxış edib və Forum iştirakçılarına Fondun investisiya portfeli, dövlət büdcəsinə və ölkə iqtisadiyyatına töhfəsi barədə ətraflı məlumat təqdim edib. Çıxış zamanı Vadim Pşeniçnıy "Simcorp" sisteminin Fondun struktur bölmələrinin investisiya fəaliyyətinin əlaqələndirilməsində, eləcə də, investisiya portfelinin idarə edilməsi, gəlirlilik və risk kimi müxtəlif göstəricilərin ölçülməsində, müvafiq hesabatların hazırlanmasında və ümumilikdə Fondun investisiya fəaliyyətinin avtomatlaşdırılmasında mühüm rol oynadığını vurğulayıb.
 
Məlumat üçün qeyd edək ki, investisiya sahəsi üzrə 1000-dən artıq peşəkarın hər il qatıldığı "SimCorp" Qlobal Zirvəsinin məqsədi bu sahə üzrə fəaliyyət göstərən qurumları müasir texnologiyanın təqdim etdiyi üstünlüklərdən yararlanmağa təşviq etməkdir.

  • ARDNF
  • ARDNF
  • ARDNF
  • ARDNF
  • ARDNF
  • ARDNF
  • ARDNF
  • ARDNF
  • ARDNF
  • ARDNF
Seçilən
27
2
Mənbələr
Şərh ()
Bağla