AZ

Belçikalı gimnast: Milli Gimnastika Arenasındakı təşkilatçılıq möhtəşəmdir

Belçikalı

Bakı, 20 aprel, AZƏRTAC

"Bakıda keçirilən Dünya Kuboku mənim üçün uğurlu alındı".

Bu sözləri AZƏRTAC-a açıqlamasında belçikalı gimnast Alessia Verstappen Bakıda keçirilən Dünya Kubokundakı çıxışı barədə danışarkən deyib.

O, bu cür yarışda iştirak etdiyi üçün xoşbəxt olduğunu bildirib: "Ölkəmi bu cür mühüm turnirdə təmsil etdiyimə görə çox xoşbəxtəm. Əla təcrübə oldu. İnanıram ki, gələcək yarışlarda daha yaxşı nəticə qazanacağam".

Gənc gimnast Bakıda keçirilən turnirdəki təşkilatçılıqdan razı qaldığını da söyləyib: “Milli Gimnastika Arenasındakı təşkilatçılıq möhtəşəmdir. Sizin insanların bizi dəstəkləməsi əla hissdir. Bakını bəyəndiyimi deyə bilərəm".

Seçilən
60
1
Mənbələr
Şərh ()
Bağla