AZ

Nurlana Məmmədzadə: Bədii gimnastika ölkəmizdə qızlar arasında ən populyar idman növüdür

Nurlana

Bakı, 20 aprel, AZƏRTAC

“Bədii gimnastika ölkəmizdə qızlar arasında ən populyar idman növüdür”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kuboku barədə danışarkən deyib.

O, qeyd edib ki, arenadakı tamaşaçıların sayından və azarkeşlərin idmançıların çıxışlarına reaksiyalarından da bunu anlamaq mümkündür: ”Hazırda burada əla atmosfer var. Sadəcə paytaxtdan deyil, regionlarımızdan da azarkeşlər idmançılarımıza dəstək vermək üçün gəliblər. Ümid edirəm ki, bu sahə gələcək illərdə daha da inkişaf edəcək".

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil edilən yarışda Azərbaycanla yanaşı, 41 ölkəni təmsil edən 129 idmançı fəxri kürsünün ən yüksək pilləsi uğrunda mübarizə aparır. Turnirdə Azərbaycanı ümumilikdə 8 gimnast təmsil edir. Ənənəyə uyğun olaraq kubokda ən çox icra xalını toplamış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq. Turnirə aprelin 21-də yekun vurulacaq.

 

Seçilən
76
Mənbələr
Şərh ()
Bağla