AZ

23 Aprel-Milli Suverenlik və Uşaq Bayramı münasibətilə türkdilli dövlətlərdən bir qrup uşaq Türkiyəyə gətirilib

İstanbul, 20 aprel, Günel Karatepe, AZƏRTAC

Türkiyədə qeyd edilən 23 Aprel-Milli Suverenlik və Uşaq Bayramı münasibətilə türkdilli dövlətlərdən bir qrup uşaq Türkiyəyə gətirilib.

Bu barədə AZƏRTAC-a Türk Dövlətləri Təşkilatından (TDT) bildirilib.

Qeyd edilib ki, TDT-nin Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımın himayəsi ilə həyata keçirilən təşəbbüs nəticəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətindən olan uşaqlar dörd gün ərzində İstanbul və Ankarada olacaqlar. Səfər çərçivəsində uşaqlar İstanbul və Ankaranın tarixi və mədəni yerlərini gəzəcək, bələdçilərin köməyi ilə bu yerlərlə yaxından tanış olacaqlar.

Seçilən
84
Mənbələr
Şərh ()
Bağla