AZ

İlham Əliyev xalqı təşkilatlandırır, müxalifəti xalqa yadlaşır

Azərbaycan və Ermənistan cəmiyyəti arasında çox ciddi fərq var. Bu, Cənubi Qafqazda bir növ tarixi uçurumdur. Ermənilərin dövlət identifikasiyası yoxdur. Dövlət identifikasiyası olmayan erməni toplumu millətləşmə prosesini də keçə bilməyib və orta çağ icmaları kimi kilsənin təsirində qalıb. Kilsə erməniləri istənilən mərhələdə təşkilatlandırır, ideologiya ilə təmin edir və son nəticədə güdaza verir. Azərbaycanda isə xalqı təşkilatlandıran, ideologiya ilə təmin edən və strateji hədəflər müəyyən edən heç bir digər müəssisə yoxdur, yalnız dövlət bu işi görə bilər. Ona görə də dövlət zəif və ya müstəqil olmadığı zamanlarda biz erməni kilsəsinə İrəvanı, Zəngəzuru, Qarabağı uduzduq. Çünki bu mərhələlərdə ermənilər kilsənin hesabına daha yaxşı təşkilatlanmışdılar.

SSRİ-nin dağılma ərəfəsində yenə bizdən daha yaxşı təşkilatlanmış ermənilər Dağlıq Qarabağı Ermənistana birləşdirməyə qərar verdilər. Bu, Azərbaycanda meydan hərəkatını doğurdu. Meydan hərəkatı öz dünyagörüşünə görə filoloji idi. Heydər Əliyevin Azərbaycan SSR-də hakimiyyətdə olduğu dövrdə Moskvanın basqılarını dəf edib formalaşdırdığı milli şüurun əsas komponenti olan ədəbiyyatın romantik və dramatik tablosu idi. Lakin xalqın qanında dövlət identifikasiyası vardı. Tarixi alt şüur ona böyük xəyallar aşılayırdı. Kimin xəyal gücü, romantikası, kütləni ovsunlamaq məharəti daha yüksək idisə, meydanın qəhrəmanları da onlar oldu. Heç unutmadığım bir epizod var. 1992-ci ildə, torpaqlarımız işğal altına düşdüyü, hakimiyyətin dəyişdiyi bir çağda Türkiyə telekanallarından biri Azərbaycandan veriliş hazırlamışdı. Youtube-dən də baxa biləcəyiniz həmin verilişdə meydan qəhrəmanı Nemət Pənahlı şeir deyirdi...

Xalq öz yetişdirdiyi kontr elitanı mənimsədi, dəstəklədi, vədlərinə güvənərək ölümə getdi və iqtidara daşıdı. Az sonra məlum oldu ki, meydan stixiyası ilə formalaşan iqtidar küll halında nə millidir, nə demokrat, nə də dövlət qurmaq yetənəyinə sahibdir. SSRİ-nin dağılması fonunda inkişaf üçün əlverişli şərait yaransa da, dövlət rüşeymini erməni təcavüzü məhv edirdi. Dövlət identfikasiyası tarixi şüurun qatlarlndan reallığa çıxaraq dünya siyasətinin böyük ustalarından olan Heydər Əliyevə xilaskar statusu verdi. Bununla da xalq meydan liderləri ilə siyasi yolunu birdəfəlik ayırdı. Ancaq gənc və qəddini düzəltməyə çalışan dövlətin onlara hələ də ehtiyacı vardı. Nə də olsa bir tarixi dönəmin yetirmələri idilər. 2003-cü ildə xalqın ortaq zəkası və dövlət ağlı birləşərək ölkədə siyasi varisliyi təmin etdi. İlham Əlliyev iqtidarı götürdü. 2003-cü ilin ağır və sərt mübarizəsi belə siyasi sistemdə köklü ideoloji ayrım yarada bilməmişdi. Bu parçalanma 2005-ci ildə baş verdi. Narıncı köynəkli, narıncı qalstuklu bəylər Qərbdən aldıqları vədlərlə hakimiyyəti içəridən parçalaya biləcəyini zənn edib "məxməri inqilab"a həvəsləndilər. Dövlət identifikasiyasının ideoloji platformasına çevrilmiş Azərbaycançılıqla Sorosun pulları ilə cəmiyyətə sırınan psevdo liberalizm qarşılaşmışdı. Azərbaycançılıq qalib gəldi!

Xalqdan siyasi və ideoloji anlamda ayrı düşmüş düşərgə 2013-cü ildə dövlətlə də yollarını ayırdı. 2013- cü ilin prezident seçkilərində xomeyniçilərdən fətullahçılara, qrant liberallarından Azərbaycan mənşəli Rusiya milyarderlərinin pullarına şirnikib Moskvanın Milli şura layihəsini gerçəkləşdirməyə çalışanlara qədər hər kəsin hədəfi İlham Əliyevin timsalında Azərbaycan dövləti, Azərbaycan dövlətinin timsalında İlham Əliyev idi. İlham Əliyev dövlətə, bəli, məhz dövlətə müxalifləri əzib keçdi.Amma yenə də cəmiyyətlə siyasi, ideoloji, dövlətçilik baxımından xalqdan tam uzaqlaşmış və buna görə də marginallaşmış düşərgənin liderlərinin emosional bağı qalırdı. Məsələn, Tofiq Yaqublu kimi savadsız, odioz fiqurlar həbs olunanda dövlətin ona mərhəmət göstərməsini, əfv etməsini iqtidarı müdafiə edənlər də arzulayır və müxtəlif formalarda dilə gətirirdilər.

2020-ci ildə Azərbaycan 44 günlük savaş apararaq işğalçı erməni ordusunun belinı qırdı, torpaqlarımızın böyük bir qismini azad etdi. Şuşanın alınmasından sonra Xankəndi ovcumuza düşdü. Bundan sonra sadəcə ona inanmaq lazım gəlirdi ki, ATƏT-in Minsk Qrupuna həmsədrlik edən dünya nəhənglərini qarşısına alıb Şuşaya bayraq sancan bir Liderin Laçın şəhərində, Xocalıda, Xankəndidə qələbə nitqləri söyləməsi artıq qısa zaman məsələsidir. Bu zamanı İlham Əliyevə tanımaq istəməyən Milli Şuradakılar BÖYÜK ZƏFƏRə qarşı Ermənistan revanşistləri ilə eyni tezislərlə qarayaxma apardılar. Əsas tutarğaları Üçtərəfli Bəyanata əsasən Rusiya Sülhməramlı Kontingentinin bögədə müvəqqəti yerləşdirilməsi idi. Əlbəttə, heç bir dövlət öz ərazsində başqa ölkənin ordusunun yerləşməsini istəməz. Bu, aksiomadır. Ancaq 2003-dən sonra İlham Əliyevi dövlət başçısı kimi tanımağa çalışmış hər kəs bunu da bilməli idi və bilirdi ki, Heydər Əliyevin siyasi varisi çıxara bilməyəcəyi bir qoşunun ölkəyə girişinə əsla izn verməz. Əlbəttə, İlham Əliyev bütün planlarını açıb-tökə bilməzdi. Üstüörtülü şəkildə nəyi, necə və nə zaman etməli olduğunu söyləyir və bununla mesaj verirdi ki,bütün riskləri nəzarətdə saxlayır, narahatçılığa əsas yoxdur. Müzəffər Ali Baş Komandana xalqın sevgisi və inamı artdıqca bəlli düşərgə aqoniya içində bəyanatlar, açıqlamalar verir və başa düşmürdü ki, xalqla emosional kontaktlarını tamamilə və birdəfəlik kəsirlər. Xalq Əli Kərimlidən çox sadə bir şey istəyirdi: Birgə sevinmək, birgə yaslanmaq! Əli Kərimli isə tam əksini edirdi:Zəfərdən pərişan olur, şəhid xəbərlərini siyasi manipulyasiyaya çevirirdi.Sonuc? Sosial şəbəkələrin bütün platformalarında hazırda üç lağ obyekti var. İkisi məlum mühacir, biri də Əli Kərimli!..

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla