AZ

ABŞ xaricdə izləmə proqramının fəaliyyətini daha iki il uzadır

Bakı. Trend:

ABŞ Senatı terrorizmdə şübhəli bilinən xarici ölkəvətəndaşlarının telefon danışıqlarının dinlənilməsi və elektronyazışmalarının oxunması proqramının uzadılmasını nəzərdə tutanqanun layihəsini dəstəkləyib.

Trend xəbər verir ki, ABŞ-nin xarici kəşfiyyata nəzarətqanununun 702-ci maddəsinin uzadılmasını nəzərdə tutan layihəKonqresin yuxarı palatasında lazım olan 60 səsi toplayıb.

Sənəd imzalanması üçün Prezident Cozef Baydenə göndəriləcək.Beləliklə, fəaliyyət müddəti aprelin 20-də başa çatan proqram2026-cı ilədək uzadılacaq.

Qeyd edək ki, xarici kəşfiyyata nəzarəti aktına 2008-ci ildəedilən düzəliş kəşfiyyat orqanlarına məhkəmənin icazəsi olmadanABŞ-dən kənarda yaşayan, lakin Amerika peyk kanallarından, rabitəmərkəzlərindən və ya internet serverlərindən istifadə edən xaricivətəndaşların telefon danışıqlarını dinləmək və elektronyazışmaları oxumaq hüququ verir.

Seçilən
103
4
Mənbələr
Şərh ()
Bağla