Bakı, 20 aprel, AZƏRTAC
Bakı şəhəri, Xəzər rayonu, Hövsan qəsəbəsində yerləşən Aviamodellərin uçuş meydançasında ikinci dəfə “Aerokosmik Modelçilik Festivalı” keçirilib.
AZƏRTAC xəbər verir ki, bunu “Yeni Texnologiyaların İnkişafına Dəstək” İB-nin sədri Ceyhun Xəlilov deyib.
O bildirib ki, bu il “Yeni Texnologiaların İnkişafına Dəstək” İB-nin təşəbbüsü ilə ikinci dəfə keçirilən festival çox maraqla qarşılanıb.
“Ötən 2 il ərzində festival iştirakçılarının sayı 2 dəfə artıb. Bu il festivalda Bakı və regionlardan, ümumilikdə 200-dək iştirakçı iştirak edir. Bu il festivala Naxçıvandan da iştirakçılar qatılıb”, - deyə C.Xəlilov vurğulayıb.