AZ

Bodrumda tikinti sahəsində torpaq sürüşməsi

Muğlanın Bodrum rayonunda tikinti sahəsində kanalizasiya borusunun çəkilməsi üçün işləyərkən sürüşən torpağın altında qalan işçilər Fərhad Görərər və Fəyyaz Şimşək xilas ediliblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisə Konacık məhəlləsi Qazdərəsi küçəsində saat 12:30 radələrində tikinti sahəsində kanalizasiya borularının çəkilməsi üçün qazılan kanalda baş verib.

Kanalda çalışan işçilər Fərhad Görərər və Fəyyaz Şimşək yerin altında qalıblar. Ətrafdakı insanlar Axtarış və Xilasetmə Dərnəyinin (AKUT) Bodrum Koordinasiya Mərkəzinə məlumat bildirərək kömək istəyiblər.

Bölgəyə çatan AKUT qrupları yaralı 2 işçini xilas edərək sağlamlıq qruplarına təhvil verib. İlkin tibbi yardım alan işçilər Bodrum Dövlət Xəstəxanasına aparılıb. İşçilərin səhhətinin yaxşı olduğu və polisin hadisə ilə bağlı araşdırmalara başladığı bildirilib.

Müəllif: Söylü Ağazadə
Seçilən
26
Mənbələr
Şərh ()
Bağla