AZ

Superliqanı tərk edəcək ilk komanda dəqiqləşdi

style='margin-bottom:10px;'>

Bu mövsüm Türkiyə Superliqasını tərk edəcək ilk komanda müəyyənləşib.

QOL.az xəbər verir ki, bu, "İstanbulspor"dur. İstanbul təmsilçisi ölkə çempionatının 33-cü turunda "Fatih Karagümrük"ə 1:2 hesabı ilə uduzub. Bununla da, komandanın yarışın bitməsinə 5 tur qalmış aşağı liqaya düşəcəyi dəqiqləşib.

"İstanbulspor" hazırda 16 xalla sonuncu-20-ci pillədə qərarlaşıb. Komanda qalan turlarda qalib gəlsə belə, elitada qalmağa imkan verən 16-cı pilləyə yüksələ bilməyəcək.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla