AZ

Avropa nəhəngi “Barsa”ya rəqib oldu

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva daha bir top-klubun hədəfinə çevrilib.

Publika.az xəbər verir ki, “Barselona”nın ardınca PSJ də 29 yaşlı futbolçunu almağa çalışacaq.

AS-ın məlumatına görə, portuqaliyalı vinger “Barselona”nı özünün bir nömrəli variantı hesab edir. Müqaviləsi 2026-cı ilin yayında başa çatacaq Silva “Mançester Siti”dən ayrılmağa hazırlaşır.

PSJ keçən il yarımmüdafiəçini almağa çalışmışdı. Onlar bu dəfə də cəhd etməyə çalışacaqlar.

Bernardo Silvanın müqaviləsində 50 milyon avro təzminat məbləği göstərilib.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla