AZ

Tomas Tuxel qalmaq təklifi alsa belə, “Bayern”i tərk edəcək

“Bayern”in baş məşqçisi Tomas Tuxel bildirib ki, klub rəhbərliyi ona qalmağı təklif etsə belə, Münhen klubunu tərk edəcək.

Arena.az bu barədə italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən məlumat verir:

“Bayern” Nagelsman Almaniya yığması ilə müqaviləsini yenilədikdən sonra məndən qalmamı istəsə? İyun ayında müqaviləmə xitam vermək üçün klubla razılaşmam var və o qüvvədə qalır”, deyə alman mütəxəssis bildirib.

Tomas Tuxel həmçinin Yulian Nagelsmanın Almanya yığması ilə müqaviləsini yeniləməsinə də münsibətini açıqlayıb:

“Rudi Föller müqaviləsinin müddətini uzadarkən, bunu gözləyirdim. Kənardan görünür ki, onlar birlikdə yaxşı işləyirlər. Bu, komandaya aydınlıq, davamlılıq və ümidvaram ki, qarşıdan gələn 2024-cü Avropa çempionatında təkan verir”, deyə Tuxel bildirib.

Tomas Tuxel “Bayern”in sükanı arxasına həmyerlisi, alman mütəxəssis Yulian Nagelsmanın istefaya göndərilməsindən sonra, ötən ilin martında gətirilib. Alman mütəxəssis Münhen klubuna Bundesliqanın ötən mövsümünün son turunda çempionluğu qazandıra bilib.

Rəhbərliyi müddətində Tuxel “Bayern”i 54 oyuna çıxarıb, 34 qələbə qazandırıb, 7 heç-heçə edib, 13 məğlubiyyət acısı dadıb. Tuxelin rəhbərliyi altında “Bayern” 127 qol vurub, 67 qol buraxıb.

Tomas Tuxelin “Bayern”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla