AZ

Donetskdə ölüm-dirim savaşı: Son şəhərlərə hücum başladı

Rusiya ordusu Çasiv Yar şəhərini ələ keçirmək cəhdlərindən əl çəkmir. Şəhər onlara Kramatorsk, Slavyansk və Kostiantynivkaya növbəti hücumlar üçün lazımdır.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Quru Qoşunlarının Ehtiyat Qüvvələr Şurasının rəisi İvan Timoçko deyib.

“Düşmən cinahlardan, xüsusən İvanivsk, Andriyevka və Klişçivkada təşəbbüsü ələ keçirməyə çalışır. Düşmən qoşunlarımızı vaxtilə azad etdiyimiz ərazilər istiqamətinə sıxışdırmağa cəhd edir. Çasiv Yara doğru irəliləyərkən düşmənə həm cinahlar, həm də öndə hücum üçün yol açmaq son dərəcə vacibdir”, - şura rəhbəri bildirib.

Timoçko vurğulayıb ki, ruslar Çasiv Yarı zəbt etdikdən sonra şimal istiqamətində - Kramatorsk və Andruşkivka, cənub istiqamətində isə Uqledar, Kuraxovo və Pokrovska doğru hərəkət edəcəklər, məqsəd Donetsk vilayətini tam ələ keçirməkdir.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
112
50
Mənbələr
Şərh ()
Bağla