AZ

Bəxtiyar Həsənalızadə oynayıb, komandası səfərdə xal qazanıb

Azərbaycanlı futbolçu Bəxtiyar Həsənalızadə Türkiyə 1-ci Liqasında növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, onun formasını geyindiyi “Tuzlaspor” “Bandırmaspor”in qonağı olub.

31-ci tur çərçivəsində keçirilən görüş 1:1 hesabı ilə yekunlaşıb. Bəxtiyar 90 dəqiqə meydanda olub.

Aktivinə 1 xal əlavə edən “Tuzlaspor” 33 xalla 15-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Tuzla təmsilçisi növbəti turda evdə “Bodrumspor”la üz-üzə gələcək.

İdman.biz

Seçilən
68
Mənbələr
Şərh ()
Bağla