AZ

Rusiyada azərbaycanlı iş adamı öldürüldü - sifarişi sevgilisi verib -YENİLƏNİB

Rusiya Federasiyasının Moskva vilayəti üzrə İstintaq İdarəsi Balaşixada iş adamının qətlə yetirildiyi yerdən videogörüntü nümayiş etdirib. Görüntülər rəsmi teleqram kanalında yayımlanıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, görüntülərdə qətlin baş verdiyi yer və meyitin hələ də orada olduğu görünür. Müstəntiqlər hadisə yerindədir.

Ölən şəxs ərzaq mağazasının sahibi 61 yaşlı Nazim Əhmədovdur. Qatil onu sinəsindən və başından vurub. Versiyalardan birinə görə, qətli Azərbaycanda yaşayan məşuqəsi sifariş verib. Qətl zamanı kişinin rəsmi arvadı yaxınlıqda olub - o, maşında əyləşib. Qatil ona atəş açsa da, qadın qaçıb.

***
12:25

Rusiyanın Moskva vilayətinin Balaşixa şəhərində səhər tezdən qətl hadisəsi olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Sverdlova küçəsindəki yaşayış binalarından birinin yaxınlığında qeydə alınıb.

Moskva vilayəti polisinin verdiyi məlumata görə, hadisə ilə bağlı məlumat səhər saat 8 radələrində növbətçi xidmətə daxil olub. Mərhum 61 yaşlı kişidir.

Mətbuatda yayılan qeyri-rəsmi məlumata görə, ölən şəxs sahibkar - yerli univermağın sahibi olub. Ona bir neçə atəş açılıb.

Seçilən
68
12
Mənbələr
Şərh ()
Bağla