AZ

Tərtər Rayon Mərkəzi Xəstəxanasının terapevti - Ülviyyə Əkbərova

"Həkimlərimizi tanıyaq!" rubrikamızda sizlərə yüksək mədəniyyəti və peşəkarlığı ilə pasiyentlərin rəğbətini qazanmış Tərtər Rayon Mərkəzi Xəstəxanasının terapevti Ülviyyə Malik qızı Əkbərovadan bəhs edəcəyik.
 
O, 1974-cü ildə Tərtər rayonunda anadan olub. 1994-2000-ci illərdə Azərbaycan Tibb Universitetində Müalicə işi ixtisası üzrə təhsil alıb. 2001-ci ildə Bakı şəhər 1 saylı şəhər Klinik Xəstəxanasının Terapiya şöbəsində internatura keçib.
 
Ülviyyə Əkbərova 2002-2007-ci illərdə Tərtər Rayon Mərkəzi Xəstəxanasında Təcili Tibbi Yardım şöbəsində çağırışçı-həkim işləyib. 2007-2018-ci illərdə müxtəlif özəl tibb müəssisələrində çalışıb.
 
2018-ci ildən Almaniyanın Lünen şəhərində St. Marien Hospital Lünen xəstəxanasında təcrübə keçib. Müxtəlif tibbi kursların iştirakçısı olub.
 
Hazırda Tərtər Rayon Mərkəzi Xəstəxanasında həkim-terapevt kimi fəaliyyətini davam etdirir.
 
Seçilən
51
Mənbələr
Şərh ()
Bağla