AZ

77-ci Kann kinofestivalının rəsmi posteri təqdim edilib

77-ci

Bakı, 20 aprel, AZƏRTAC

Kann kinofestivalının müdiriyyəti mayın 14-dən 25-dək keçiriləcək sayca 77-ci festivalın rəsmi posterini təqdim edib.

Afişada Akira Kurosavanın “Avqust rapsodiyası” filmindən bir kadr təsvir olunub. Film 1991-ci ildə ekranlara çıxıb və həmin il 44-cü Kann Film Festivalında müsabiqədən kənar təqdim edilib. Ekran əsəri 9 avqust 1945-ci ildə Naqasakinin bombalanmasının qurbanı olan və müharibəyə qarşı sipər kimi nəvələrinə və amerikalı qardaşı oğluna sevgiyə və dürüstlüyə inamı miras qoyan nənənin hekayətindən bəhs edir.

Seçilən
45
3
Mənbələr
Şərh ()
Bağla