AZ

“Sektor-85” "Araz-Naxçıvan"ın oyunlarını boykot edib? - AÇIQLAMA

“Araz-Naxçıvan”ın Elmar Baxşıyevin rəhbərliyi altında çıxdığı ilk matçda komandanın əsas azarkeş qrupu “Sektor-85”in tribunada görünməməsi maraq doğurdu.

“Neftçi” ilə qarşılaşmada olmamalarının səbəbini öyrənməyə çalışdıq. Bəlkə “Sektor-85” də komandanın oyunlarını boykot edib? Bunun üçün azarkeş qrupunun rəhbəri Əhməd Manafovla əlaqə saxladıq:
“Xeyr, boykot etməmişik. Biz, yəni “Sektor-85” tribunadaydıq. Sadəcə, bir üzvümüzün babası rəhmətə getdiyindən rayona yollanmışdı, bannerimiz də onda olduğuna görə aça bilmədik. Yoxsa orda sona qədər komandamızdan dəstəyi əsirgəmədik”.


KAMAL SƏFƏR
Seçilən
41
Mənbələr
Şərh ()
Bağla