AZ

“Fiorentina”nın baş məşqçisi ərli qadını öpdü

“Fiorentina”nın baş məşqçisi Vinçentso İtalyano xoşagəlməz qalmaqalın hədəfi olmaq təhlükəsi ilə üz-üzədir.

Arena.az “Italy 24 Press News” dərgisinə istinadən məlumat verir ki, italyan mütəxəssis ərli qadını öpüb.

Hətta bu məqam videokameralar tərəfindən qeydə alınıb.

Hadisə “Fiorentina”nın doğma meydanda Plzen “Viktoriya”sı ilə Avropa Konfrans Liqasının 1/4 final mərhələsinin cavab oyunu (2:0) çərçivəsində yaşanıb. İlk oyunda 0:0 hesablı səfər heç-heçəsinin ardından “bənövşələr” evdə “Viktoriya”nın müqavimətini ancaq əlavə vaxtda qırmağa müvəffəq olublar.

“Fiorentina”nın vurduğu qoldan sonra Vinçentso İtalyano qolu çılğıncasına qeyd edərkən, italyan jurnalist xanım Vanesso Leonardini öpüb.

İtalyano evlidir və iki övladı var. Öz növbəsində, xanım Leonardi idman jurnalisti Mauritsio Kompanyonin həyat yoldaşıdır.

Hələlik mətbuat bu hadisəni elə də çox qabartmayıb. Amma vurğulanır ki, sükut hər dəqiqə pozula bilər.

Vinçentso İtalyano 2021-ci ilin iyulundan “Fiorentina”nın baş məşqçisi kimi çalışır. İtalyan mütəxəssisin “bənövşələr”lə müqaviləsi cari mövsümün sonunda başa çatacaq. 46 yaşlı mütəxəssis Florensiya təmsilçisini indiyə qədər 151 oyuna çıxarıb. Komanda bu görüşlərdə 73 qələbə qazanıb, 32 heç-heçə edib və 46 məğlubiyyətə üzülüb.

İtalyano daha öncə “Spetsiya”, “Trapani”, “Arsinyano”, “Viqontina” kimi komanalara da rəhbərlik edib.

“Fiorentina”nı Avropa Konfrans Liqasının yarımfinalında Belçikanın “Brügge” komandası ilə oyunlar gözləyir. İlk oyun mayın 2-də Florensiyada, cavab görüşü səfərdə keçiriləcək. “Fiorentina” A Seriyasının cari mövsümündə də 31 oyuna topladığı 44 xalla 10-cu pillədə qərarlaşıb.

Seçilən
66
Mənbələr
Şərh ()
Bağla