AZ

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar daxil olub

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən "Report"un yerli bürosuna bildirilib ki, Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin əməkdaşları tərəfindən su anbarı təmizlənib.

Məlumata görə, tullantılar yaz daşqınlarından sonra anbara sel suları ilə tökülüb.

Seçilən
93
6
Mənbələr
Şərh ()
Bağla