AZ

Dembele, Cimsiti və Yutqla - Həftənin ən yaxşıları bəlli oldu

PSJ-nin sağ cinah müdafiəçisi Usman Dembele futbol üzrə UEFA Çempionlar Liqasında bu həftənin ən yaxşı oyunçusu seçilib.

Arena.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

26 yaşlı fransalı futbolçu buna komandasının İspaniyada “Barselona”ya qarşı keçirdiyi səfər matçında qol vurmaqla nail olub. Bununla da Usman Dembele Fransa təmsilçisinin 4:1 hesablı qələbəsində əsas pay sahiblərindən birinə çevrilmişdi.

Xatırladaq ki, UEFA Çempionlar Liqasında həftənin oyunçusu adına digər namizədlər bunlar idilər: Yozua Kimmix (“Bayern”, Almaniya), Yulian Brandt (“Borussiya”, Dortmund, Almaniya) və Federiko Valverde (“Real”, İspaniya).

Çempionlar Liqası ilə yanaşı, Avropa Liqasında və Avropa Konfrans Liqasında da həftənin ən yaxşı oyunçuları bəlli olub.

Avropa Liqasında İtaliyanın “Atalanta” klubunun formasını geyinən Berat Cimsiti ən yaxşı seçilib. Cimsitinin İngiltərənin “Liverpul” komandasına evdə 0:1 hesabıyla uduzduqları matçdakı ötürmələrinin 73 faizi dəqiq olub.

Avroliqada həftənin ən yaxşısı adına daha 3 namizəd var idi – Canluka Mançini (“Roma”, İtaliya), Matey Kovar (“Bayer”, Almaniya) və Cordan Veretu (“Olimpik”, Marsel, Fransa).

Avropa Konfrans Liqasında da Ferran Yutqla (“Brügge”, Belçika) həftənin ən yaxşı oyunçusu seçilib. İspaniyadan olan 25 yaşlı forvardı Yunanıstanın PAOK komandası üzərində qazandıqları 2:0 hesablı qələbədə dublla pay sahibi olub.

Konfrans Liqasında həftənin ən yaxşısı adına bu oyunçular da namizəd idilər: Metti Keş (“Aston Villa”, İngiltərə), Kristiano Biraqi (“Fiorentina”, İtaliya) və Kostas Tsolakis (“Olimpiakos”, Yunanıstan).

Seçilən
76
Mənbələr
Şərh ()
Bağla