AZ

Üsyanın acı tərəfləri: 16 mülki şəxs öldü

Konqo Demokratik Respublikasının (DRC) şərqindəki İturi əyalətində üsyançıların hücumu nəticəsində 16 mülki şəxs həyatını itirib.

Publika.az xəbər verir ki, ölkə mətbuatında dərc olunan məlumata görə, Konqonun İnkişafı üçün “Alyans” (CODECO) adlı üsyançı qrupun üzvləri İturinin Banyali Kilo bölgəsindəki Toko kəndinə silahlı hücum ediblər.

2014-cü ildən bəri ölkənin şərqində üsyançıların həyata keçirdiyi hücumlarda minlərlə dinc sakinin öldüyü təxmin edilir.

Ruanda, Uqanda və Burundi ilə sərhədin yerləşdiyi DRC-nin şərqi 20 ildən artıqdır ki, qızıl və kobalt kimi mədənlərə nəzarəti ələ keçirməyə çalışan silahlı qrupların hücumlarına və qarşıdurmalarına səhnə olub.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla