AZ

Nazim Süleymanov ardıcıl 7-ci oyunda uduzdu - TURUN ŞƏRHİ

Aprelin 17-18-də keçirilən oyunlarla futbol üzrə ölkə çempionatının 1-ci liqasında 22-ci tura yekun vuruldu.

Budəfəki matçlar da gərgin mübarizə şəraitində keçdi və maraqlı nəticələrlə yadda qaldı. İlk oyunda “İrəvan” “öz ampluasında” idi. Ardıcıl 7-ci məğlubiyyət bir yana, komandanın oyuna yanaşma tərzi, vacib epizodlarda istəksizliyi, xüsusilə Əli Əliyevin şübhəli davranışı müzakirələrə səbəb oldu. “Şamaxı” 3 xal qazansa da, işi çətindi. Turun yekunlarına görə liderlə arada 5 xal fərqi var! Belədə “şirlər”in qələbəyə sevinmək üçün çox vaxtının olduğunu deyə bilmərik. MOİK “Mingəçevir”i məğlub etməklə xal ehtiyatını artırdı. Ordu klubu favorit olsa da, “nur şəhəri”nin təmsilçisi hesabı açmaqla azarkeşlərini xeyli ümidləndirmişdi. Lakin rəqibin ardıcıl 3 qol vurması hadisələrin axarını dəyişdi. Növbəti qarşılaşmada “Zaqatala” “Araz Saatlı”nı boynubükük yola saldı. Meydan sahibləri uğurlu çıxışla yadda qald. Məğlubiyyət Saatlı təmsilçisinin 1-ci liqanı tərk etmək ehtimalını bir qədər də artırdı. Əlbəttə, bunda “Difai Ağsu”nun “doğma divarlar” arasında güclü “İmişli”dən 1 xal qoparmasının da payı var. Çempionluğa iddialı komandanın zəif rəqiblə “sülh”ə razı olması “Araz Saatlı”ya zərbə olsa da, “Qaradağ Lökbatan”a sərf etdi. Lider Yevlaxdan minimal hesablı qələbəylə geri döndü. Lakin “Karvan”ı məğlub edən kollektivin işi bitməyib. Hələ qarşıda 5 tur var. Çox güman, 1-ci liqada intriqa mövsümün sonuna qədər davam edəcək.

1. Qaradağ Lökbatan 22 14 6 2 38-14 48
2. İmişli 22 12 7 3 34-15 43
3. Şamaxı 22 11 9 2 47-18 42
4. MOİK 22 12 5 5 43-22 41
5. Karvan 22 9 5 8 26-26 32
6. Zaqatala 22 6 8 8 27-28 26
7. İrəvan 22 7 2 13 25-47 23
8. Mingəçevir 22 6 4 12 16-32 22
9. Difai Ağsu 22 4 5 13 26-38 17
10. Araz Saatlı 22 3 1 18 22-64 10

Bombardirlər: Elşad Tağıyev (Şamaxı) – 15, Elmir Rəhimzadə (MOİK) – 12, Seyxan Fərəcov (Qaradağ Lökbatan) – 10 qol.

Növbəti turun oyunları aprelin 25-26-da keçiriləcək: Araz Saatlı – Karvan, Qaradağ Lökbatan – MOİK, İmişli – Zaqatala, Şamaxı – Difai Ağsu, Mingəçevir – İrəvan.

KƏNAN BAHADIR

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla