AZ

Ukrayna vətəndaşı Rusiya-Gürcüstan sərhədində casusluqda şübhəli bilinərək saxlanıldı


Şimali Osetiyada Rusiya-Gürcüstan sərhədində Ukrayna vətəndaşı casusluqda şübhəli bilinərək saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya FTX-nin respublika üzrə sərhəd idarəsinin mətbuat xidməti məlumat yayıb.
“36 yaşlı Ukrayna vətəndaşı internet messencer vasitəsilə Rusiya Federasiyası Silahlı Qüvvələrinin şəxsi heyətinin və hərbi texnikasının xüsusi hərbi əməliyyat zonasında yerləşməsi barədə məlumat toplayıb və Ukrayna xüsusi xidmət orqanlarına ötürüb”, - məlumatda deyilir.
Bildirilir ki, saxlanılan şəxs barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə cinayət işi başlanıb. Onu 20 ilə qədər həbs gözləyir.
Seçilən
48
Mənbələr
Şərh ()
Bağla