AZ

Cavanşirlə vida mərasimində Firuzənin qızı HUŞUNU İTİRDİ - VİDEO

Bu gün dünyasını dəyişən Əməkdar artist Cavanşir Məmmədovla evində təşkil olunan vida mərasimində gözlənilməz hadisə yaşanıb.

Bizim.Media xəbər verir ki, 70 yaşında dünyasını dəyişən sənətkarın duet ortağı Əməkdar artist Firuzə İbadovanın qızı Hülyanın qəfil vəziyyəti ağırlaşıb.

Huşunu itirən Hülyanın köməyinə anası Firuzə İbadova, Əməkdar artist Aybəniz Haşımova və digər insanlar gəlib. Özünə gələn Hülya bu itki ilə barışa bilmədiyini, Cavanşir Məmmədovun ona atalıq etdiyini bildirib.
Qeyd edək ki, C.Məmmədov bu gün saat 12:05 radələrində ürəktutmasından vəfat edib.
 

Rəşad Əliyev, Bizim.Media
 
Seçilən
94
1
Mənbələr
Şərh ()
Bağla