AZ

Bu futbolçu "Barselona"dan ayrılmaq istəyir

Mövsümün sonunda "Barselona"da ayrılıq yaşana bilər.

Offsideplus.az xəbər verir ki, məlumatı "Todofichajes" nəşri məlumat yayıb.

İlkay Gündoğan komandanın Çempionlar Liqasının 1/4 finalında PSJ-yə məğlub olmasını qəbullana bilmir. Bu səbəbdən də yarımmüdafiəçi Kataloniya təmsilçisindən ayrılmaq istəyir. Almaniyalı futbolçu ilə Səudiyyə Ərəbistanı klubları və "Atletiko" yaxından maraqlanır.

Qeyd edək ki, 33 yaşlı yarımmüdafiəçi Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 5 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimidir.

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla