AZ

Türkiyə XİN Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı bəyanat yaydı

Bakı. Trend:

Türkiyə Xarici işlər Nazirliyi Azərbaycan-Ermənistan sərhədinindelimitasiyası Komissiyasının əldə etdiyi razılaşmaya dair bəyanatyayıb.

Trend xəbər verir ki, bəyanatda sözügedən razılaşmaalqışlanıb.

"Biz Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasıKomissiyasının 2024-cü il aprelin 19-da keçirilən iclasında 30ildir işğal altında olan 4 kəndin Azərbaycana qaytarılması vədelimitasiya işlərinin davam etdirilməsi ilə bağlı əldə olunanrazılığı alqışlayırıq.

Birbaşa danışıqlar yolu ilə əldə edilən bu müsbət inkişaf yekunsülh sazişinin imzalanması istiqamətində mühüm addımdır", - qurumunbəyanatında deyilir.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasındasərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikasıarasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasıvə Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasındadövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyiməsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşzamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndininAzərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Seçilən
28
14
Mənbələr
Şərh ()
Bağla