AZ

"Rusiyaya qarşı çıxmaq üçün müxtəlif silahlara ehtiyac var"

Zelenski müdafiə nazirləri səviyyəsində onlayn keçirilən Ukrayna-NATO Şurasının iclasında danışıb.

News24.az xəbər verir ki, Rusiyanın Ukraynanın müxtəlif şəhərlərinə davamlı olaraq hücum etdiyini bildirən Zelenski, ilin əvvəlindən Ukrayna ərazisinə hipersəs raketləri də daxil olmaqla təxminən 1200 raketin atıldığını və 1500 pilotsuz uçuş aparatının (PUA) göndərildiyini bildirib.

Zelenski deyib: "Xarkov, Odessa, Sumı, Çerniqov, Nikolayev, Xerson, Dnepr şəhərlərinin rus terrorçularına qarşı möhkəm müdafiə sistemi yoxdur. Mən bu çıxışa hazırlaşarkən onlar Pivdennıy limanını vurublar".

Zelenski Rusiya ordusunun havada üstünlüyə malik olduğunu və Ukraynanın imkanlarının məhdud olduğunu da qeyd edib.

Günel Məlikzadə


Seçilən
69
Mənbələr
Şərh ()
Bağla