AZ

İrana ağır zərbə: Komanda qərargahı darmadağın edildi

İraqda Tehrana bağlı “Həşd əş-Şabi” qruplaşmasının komanda qərargahı hava hücumuna məruz qalıb.

Teleqraf.com xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Teleqram kanalı hücumu İsraillə əlaqələndirib.

Kanalın iddiasına görə, zərbələr İraqdakı silahlı qruplaşmaların İsrailə hücumlarına cavab olaraq endirilib.

Hücumun İraqdakı ABŞ hərbçiləri tərəfindən dronlarla həyata keçirildiyinə dair iddialar da var.

Hücuma məruz qalan Kalso bazası “Həşd əş-Şaabi” ilə İraq polisinin birgə bazasıdır. Hərbi baza Bağdad yaxınlığında yerləşir.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
74
1
Mənbələr
Şərh ()
Bağla