AZ

35 ildən sonra Eredivizianı tərk edib

Niderlandın köklü klublarından sayılan “Vitess” cəzalandırılıb.

İdman.biz xəbər verir ki, Niderland Futbol Federasiyası klubun 18 xalını silib.

Buna səbəb klubun lisenziya şərtlərini pozması olub. Arnem təmsilçisi bu qərardan apellyasiya şikayəti verməmək qərarına gəlib.

18 xal silindikdən sonra “Vitess”in xalı -1 olub. Bu isə 35 ildən sonra klubun Niderlandın əsas liqası olan Erediviziyanı tərk etməsi ilə nəticələnib.

İdman.biz

Seçilən
78
Mənbələr
Şərh ()
Bağla