AZ

Rusiyada azərbaycanlı biznesmen ÖLDÜRÜLDÜ

Rusiyanın Moskva vilayətində azərbaycanlı iş adamı Nazim Əhmədov qətlə yetirilib.

KONKRET.az-ın məlumatına görə, bu barədə Rusiya KİV-ləri xəbər verib.

Məlumata görə, 60 yaşlı Nazim Əhmədov Balaşixa şəhərində sahibi olduğu universamın yanında öldürülüb.

Naməlum şəxs Nazim Əhmədova odlu silahdan 5 dəfə atəş açıb. Əhmədov təcili tibbi yardım gələnədək hadisə yerində ölüb. Qətlin motivləri hələlik bəlli deyil.

Cinayəti törədən şəxsin axtarışı həyata keçirilir.

Seçilən
27
3
Mənbələr
Şərh ()
Bağla