AZ

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verildi

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti "BakuBus" MMC tərəfindən həyata keçiriləcək.

Day.Az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, bu marşrut xətti "Dərnəgül" metrostansiyası - Süyleyman Rüstəm küçəsi ("28 Mall" ticarət mərkəzi) istiqamətində sərnişindaşıma fəaliyyəti ilə məşğul olacaq:

"33 nömrəli şəhərdaxili müntəzəm marşrut üzrə sərnişindaşıma tələblərinə tam cavab verən müasir və komfortlu avtobuslar fəaliyyət göstərəcək. Gediş haqqı nağdsız qaydada olacaq".

Seçilən
22
42
Mənbələr
Şərh ()
Bağla