AZ

ABŞ ilk dəfə 90 kq zənginləşdirilmiş uran istehsal etdi


ABŞ Prezidenti Co Bayden ölkəsinin ilk dəfə 90 kq zənginləşdirilmiş uran istehsal etdiyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə Vaşinqtonda seçki kampaniyası çərçivəsində çıxışı zamanı deyib.
Amerika lideri həmçinin ilin sonuna kimi ABŞ-nin Amerika nüvə reaktorları üçün təxminən bir ton uran zənginləşdirməyi nəzərdə tutduğunu qeyd edib.
“Bu gün mən elan edə bilərəm ki, Ohayo ştatının cənubundakı zavod artıq güclü zənginləşdirilmiş uranın ilk 200 funtunu (90 kq-dan çox) istehsal edib”, - Bayden deyib.
Amerika lideri qeyd edib ki, söhbət ilk dəfə Amerikada istehsal olunan nüvə reaktorları üçün yanacaqdan gedir.
Eyni zamanda, onun sözlərinə görə, zavod ilin sonuna kimi təxminən bir tona yaxın zənginləşdirilmiş uranın istehsalına doğru irəliləyir ki, bu da 100 min evi enerji ilə təmin etmək üçün kifayətdir.
Seçilən
118
10
Mənbələr
Şərh ()
Bağla